Bosniya və Herseqovinanın Sarayevo şəhərində 23 yaşadək gənclər arasında cüdo üzrə Avropa birinciliyinə start verilib.Yarışın ilk günü “Neftçi İdman Klubu”nun yığmamızın heyətində təmsil olunan cüdoçusu Könül Əliyeva inamla çıxış edərək mükafatçılar arasında yer alıb. Qırx səkkiz kiloqram çəki dərəcəsində mübarizə aparan xanım idmançımız qitə birinciliyinin gümüş medalını qazanıb.Qeyd edək ki, iki gün davam edəcək yarışda 40 ölkədən 306 idmançı medallar uğrunda mübarizə aparır.