Milli Gimnastika Arenasında yeniyetmələr və gənclər arasında tamblinq üzrə 18-ci Bakı birinciliyi keçirilib.Azərbaycan Gimnastika Federasiyasının 20 illik yubileyinə həsr olunmuş yarışda “Neftçi İdman Klubu”nun təmsilçiləri iki medala sahib olublar. Gimnastlarımızdan Riad Cavadov yeniyetmələrin yarışında oğlanlar arasında gümüş medala layiq görülüb. Milana Salmanova isə gənc qızların mübarizəsində eyni uğura imza atıb və paytaxt birinciliyini ikinci pillədə başa vurub.