Bakı İdman Sarayında Azərbaycan MMA, Pankration və Qrapplinq Federasiyası və FFG (Fight for Glory) qurumunun birgə təşkilatçılığı ilə xalqımızın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin ildönümünə həsr olunmuş “Böyük Zəfər” turniri keçirilib.MMA idman növü üzrə keçirilən peşəkar döyüşdə “Neftçi İdman Klubu”nun təmsilçisi Ceyhun Nəzərov (61,2 kq) inamla mübarizə apararaq qələbə qazanıb.