Ümummili lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirində IV turun oyunları keçirilir.Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dövlət qurumları arasında keçirilən yarışın B qrupunda yer alan SOCAR komandası bu turda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin kollektivi ilə qarşılaşıb.Təmsilçimiz rəqibindən aşkar üstünlüyü ilə seçilib və yekunda 5:0 hesablı qələbə qazanıb. Vurulan qollardan dördünə Ramil Mansurov, birinə isə Elnur Hüseynov imza atıb.Qeyd edək ki, 2023-cü il mayın 6-dək davam edəcək turnirin ilkin mərhələsində komandalar 4 qrupa bölünüb. Qrupların hər birində 13 kollektiv mübarizə aparır. Qrup mərhələsinə gələn il fevralın 26-da yekun vurulacaq.