Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində 18 yaşadək yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinin fərdi yarışlarına yekun vurulub. Yarışda respublikanın 97 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 616 cüdoçu (502 oğlan, 114 qız) qüvvəsini sınayıb.”Neftçi İdman Klubu”nun yetirmələri ölkə birinciliyini 8 medalla başa vurublar. Yeniyetmə cüdoçularımızdan Əhməd Rüstəmov (50 kq) və Süleyman Şükürov (73 kq) bütün rəqiblərini məğlub edərək çempionluq sevinci yaşayıblar. Digər idmançılarımız – Emil Hüseynzadə (66 kq), Mehdi Abbasov (73 kq), Nigar Məmişova (40 kq) gümüş, Tahir Əlizadə (46 kq), Əliyar Bayramlı (+90 kq) və Aysun Məmmədova (52 kq) isə bürünc medala sahib olublar.