“Neftçi İdman Klubu”nun sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində ikinci olub. Yetmiş kiloqram çəki dərəcəsində mübarizə aparan titullu pəhləvanımız dörddəbir finalda gürcüstanlı Giorgi Eblakidzeni, yarımfinalda isə monqolustanlı Temulen Enktuyanı məğlub edib və finala yüksəlib. O, həlledici qarşılaşmada ABŞ təmsilçisi Alek Uilyam Pantaleo ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan Hacı Əliyev turnirin gümüş medalına layiq görülüb. Digər idmançımız Əli Rəhimzadə (65 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.Qeyd edək ki, “Zaqreb Open”ə fevralın 5-də yekun vurulacaq.