“Neftçi İdman Klubu”nun yığma komandamızın heyətində təmsil olunan cüdoçusu Balabəy Ağayev Fransanın paytaxtı Parisdə keçirilən “Böyük dəbilqə” trnirinin qızıl medalına sahib olub. Altmış kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız ardıcıl olaraq braziliyalı Matteus Takaki, monqolustanlı Tsoqt-Oçir Byambajav, gürcüstanlı Temur Nozadze və özbəkistanlı Kamoliddin Baxtıyarovu məğlub edərək finala vəsiqəni təmin edib. Balabəy Ağayev həlledici qarşılaşmafa yerli idmançı Sedrik Revolu sınağa çəkib. O, rəqibinə qalib gəlib və “Böyük dəbilqə” turnirinin qalibi olub.Qeyd edək ki, yarışa fevralın 5-də yekun vurulacaq.