“Neftçi İdman Klubu”nun Azərbaycan millisinin heyətində yer alan cüdoçusu Hidayət Heydərov Türkiyənin Antalya şəhərində keçirilən “Böyük dəbilqə” turnirində bürünc medala layiq görülüb. Yetmiş üç kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız üçüncü yer uğrunda qarşılaşmada komanda yoldaşı, klubumuzun digər təmsilçisi Nurlan Osmanova qalib gəlib.Qeyd edək ki, beynəlxalq yarış aprelin 2-də sona yetəcək.