Bolqarıstanın Kranevo şəhərində Dünya və Avropa Şotokan Federasiyasının (WSF/ESF) təşkilatçılığı ilə keçirilən karate üzrə 13-cü Avropa çempionatına yekun vurulub.”Neftçi İdman Klubu”nun mötəbər yarışda mübarizə aparan təmsilçilərindən Xasay Məhərrəmov (16-17 yaş, 76 kq),Babək Qələmzadə (+18 yaş, 84 kq) və Ramin Mazanov (+18 yaş, +84 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq Avropa çempionu titulunu qazanıblar. Odər Quliyev (+84 kq) isə kişilər arasında ikinci yeri tutub. Usta idmançıların (veteranlar) mübarizəsində Siyavuş Bayramov (47-53 yaş) qızıl, Elnur Əhmədov (35-40 yaş) isə gümüş medala sahib olub.