“Neftçi” İdman Klubunun cüdoçusu Gültac Məmmədəliyeva Qazaxıstanın paytaxtı Astanada start götürmüş “Böyük dəbilqə” turnirin ilk günündə bürünc medal qazanıb. Əlli iki kiloqram çəki dərəcəsində çıxış edən idmançımız üçüncü yer uğrunda görüşdə belçikalı Amber Ryheulə qalib gəlib.Qeyd edək ki, iyunun 18-dək davam edəcək nüfuzlu yarışda 42 ölkədən 300-dən çox idmançı qalib adı uğrunda mübarizə aparır.