İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa birinciliyi davam edir.”Neftçi” İdman Klubunun yunan-Roma güləşçisi, 67 kiloqram çəki dərəcəsində çıxış edən Kənan Abdullazadə mötəbər yarışın mükafatına sahib olub. O, macarıstanlı Şolt Takaça (6:0) və isveçrəli Frits Reberə (8:0) qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə pəhləvanımız gürcüstanlı Nika Broladzeyə məğlub olub. İdmançımız üçüncü yer uğrunda mübarizədə polşalı rəqibi Arslanbek Salimov üzərində 6:5 hesablı qələbə qazanıb və Avropa birinciliyinin bürünc medalına yiyələnib.Xatırladaq ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçilərindən Elmir Əliyev (55 kq) qızıl, Davud Məmmədov (77 kq) gümüş, Fəraim Mustafayev (63 kq) isə bürünc medal qazanıb.