• Aprel 28, 2025
  • Redactor Neftchi
  • 0

Kipr Respublikasının Limasol şəhərində kişilər, gənclər və yeniyetmələr arasında keçirilən sambo üzrə Avropa çempionatı və birinciliyinə yekun vurulub.
“Neftçi” İdman Klubunun təmsilçiləri nüfuzlu yarışın 2 medalına sahib olublar.
Samboçularımızdan yalnız həlledici final qarşılaşmasında məğlub olan Adil Adilzadə (88 kq) kişilər arasında gümüş medal qazanıb.
Yeniyetmələrin mübarizəsində isə Rəsul Səmədli (+98 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıb.