
“Neftçi” İdman Klubunun atıcıları gənclər arasında keçirilən Azərbaycan birinciliyində 3 medal əldə ediblər. Bakı Atıcılıq Mərkəzində reallaşan yarışda Oleq Kerjankin 10 metr məsafəyə atəşaçmada (PTÇ-3) 555 xalla gümüş medal qazanıb. İmran Qarayev isə üçüncü yeri tutub. Xanım idmançılarımızdan Xalidə Əliyeva qızlar arasında 25 metr məsafəyə atəşaçma yarışında (KÇTÇ-3) 517 xal toplayıb və bürünc medala yiyələnib.

