• Aprel 26, 2025
  • Redactor Neftchi
  • 0

Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatı çərçivəsində qala gecəsi baş tutub. Mərasimdə 2024-cü ilin yekunlarına əsasən, Avropanın ən yaxşıları mükafatlandırılıb.

“Neftçi” İdman Klubunun təmsilçisi, Olimpiya çempionu Hidayət Heydərov “İlin ən yaxşı kişi cüdoçusu” adına layiq görülüb. Ona mükafatı Avropa Cüdo İttifaqının (EJU) prezidenti Laslo Tot təqdim edib.

Qeyd edək ki, bu ilin fevralında Parisdə keçirilən tədbirdə Hidayət Heydərov dünya üzrə də ilin ən yaxşısı seçilmişdi.