• Aprel 25, 2025
  • Redactor Neftchi
  • 0

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı davam edir.

Yarışın üçüncü günündə “Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində təmsil olunan cüdoçusu Zelim Tçkayev (81 kq) bürünc medal uğrunda görüşdə moldovalı Petru Pelivanla üz-üzə gəlib. Medalın taleyinə əlavə dəqiqələrdə aydınlıq gəlib. Zelim Tçkayev rəqibinə ipponla qalib gəlib və Avropa üçüncüsü olub.

Qeyd edək ki, daha əvvəl klubumuzun digər təmsilçisi Əhməd Yusifov (60 kq) da qitə çempionatının bürünc medalını qazanmışdı.