• Aprel 24, 2025
  • Redactor Neftchi
  • 0

Futbol üzrə Birinci Liqada XXIII turun oyunlarına start verilib.

“Qaradağ Lökbatan” bu gün “Difai” komandası ilə üz-üzə gəlib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim-İdman Bazasının stadionunda baş tutan görüşdə təmsilçimiz rəqibini 3:1 hesabı ilə məğlubiyyətə uğradıb. Komandamızın heyətində Araz Abdullayev (58, 75) dubl edib. Digər qola isə Hakan Həsənov (84) imza atıb.