
U-14 və U-17 yeniyetmələr arasında cüdo üzrə Liqa yarışlarının birinci turuna yekun vurulub.
Abşeron Olimpiya İdman Kompleksində baş tutan U-14 Liqa yarışında 101 klub və idman cəmiyyətindən 545 cüdoçu (449 oğlan, 96 qız) medallar uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun turnirdə çıxış edən yetirmələrindən Rəsul Qerixanov (+73 kq) yalnız final görüşündə məğlub olub və gümüş medal qazanıb. Dilbər Ağamirzəyeva (52 kq) və Fatimə Qayqıyeva (63 kq) isə fəxri kürsünün üçüncü pilləsində dayanıblar.
101 idman təşkilatından 852 cüdoçunun (677 oğlan, 175 qız) qatıldığı U-17 Liqa yarışında isə klubumuzun təmsilçilərindən Yağmur Əhmədzadə (52 kq) və Nizami Savalanlı (55 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olublar. Məleykə Mürsəliyeva (52 kq) ikinci, Zöhrə Ağazadə (57kq) isə üçüncü yeri tutub.