• Aprel 20, 2025
  • Redactor Neftchi
  • 0

Astara Olimpiya İdman Kompleksində qadın güləşi üzrə U-15 və U-17 ölkə birinciliyi keçirilib. İlk dəfə bu formatda keçirilən yarışda 60-dan artıq yeniyetmə idmançı iştirak edib.

“Neftçi” İdman Klubunun yetirmələri turnirin 5 medalına (4 qızıl, 1 bürünc) yiyələniblər. Güləşçilərimizdən Günel Kərimli (50 kq), İnci Abdullayeva (58 kq), Esra Məmmədli (61 kq) və Fidan Babayeva (65 kq) inamla mübarizə apararaq bütün rəqiblərini məğlub ediblər və Azərbaycan çempionu olublar. Digər idmançımız Məryəm Hacıyeva (46 kq) isə üçüncü yeri tutub.