
Astara Olimpiya İdman Kompleksində on yeddi yaşadək (U-17) güləşçilər arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb. Turnirin son günlərində yunan-Roma güləşçiləri mübarizə aparıblar.
“Neftçi” İdman Klubunun yunan-Roma güləşçiləri yarışda 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. İdmançılarımızdan Abdurrahman Hüseynli (45 kq), Qurban Məcnunov (48 kq), Ramil Musayev (65 kq) və Səid Paşayev (92 kq) bütün görüşləri qələbə ilə başa vuraraq ölkə çempionu olublar. Emil Abbasov (80 kq) gümüş, Amin Nəsibov (92 kq) isə bürünc medala layiq görülüb.
Xatırladaq ki, klubumuzun sərbəst güləşçiləri ölkə birinciliyini 4 qızıl, 6 gümüş və 5 bürünc medalla başa vurmuşdular.