Aprel 18, 2025 Redactor Neftchi Basketbol 0 Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin (1/4 final) oyunları davam edir. Bu gün Bakı İdman Sarayında “Neftçi” “Ordu” komandası ilə üz-üzə gəlib. Qarşılaşma “Neftçi”nin 93:84 hesablı qələbəsi ilə sona yetib. Qeyd edək ki, komandalar arasında ikinci görüş aprelin 21-də keçiriləcək.