
“Neftçi” İdman Klubu və Sosial İnkişaf İdarəsinin birgə təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin əməkdaşları arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş 3×3 basketbol üzrə turnir keçirilib. “Məşəl” İdman Kompleksində təşkil olunan yarışda 15 komanda (60 iştirakçı (24 qadın, 36 kişi)) qalib adı uğrunda mübarizə aparıb.
Turnirin keçirilməsində əsas məqsəd Gənclər və İdman Nazirliyi tərəfindən dövlət qurumlarının əməkdaşları arasında bu idman növü üzrə təşkil olunacaq turnirdə SOCAR-ı təmsil edəcək qadın və kişi komandalarının heyətini müəyyən etməkdən ibarət idi.
Qadınlar arasında keçirilən yarışda “SOCAR Downstream Management” MMC-nin komandası qalib olub. Sosial İnkişaf İdarəsi ikinci, Heydər Əliyev adına Neft Emalı Zavodu və “Azərikimya” İstehsalat Birliyinin komandaları isə üçüncü yeri tutub.
Kişilərin mübarizəsində “SOCAR Petroleum” QSC-nin komandası daha üstün oyun nümayiş etdirib və liderliyə yüksəlib. Təhlükəsizlik İdarəsi ikinci, “Neftqaztikinti” Tresti və “Neftqazelmitədqiqatlayihə” İnstitutunun komandaları isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Qalib və mükafatçı komandalara “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olunub.











