“Neftçi” İdman Klubunun ağırlıqqaldıranı İsa Rüstəmov Moldovanın paytaxtı Kişinyovda keçirilən Avropa çempionatında 3 medal qazanıb. Atletimiz birdən qaldırma hərəkətində 138 kiloqram ağırlığın öhdəsindən gələrək bürünc medala əldə edib. O, təkanla qaldırmada 170 kiloqram nəticə göstərərək qızıl medala sahib olub. Toplamda 308 kiloqram nəticəyə imza atan idmançımız yekun sıralamada ikinci olub və iki hərəkətin cəmində Avropa çempionatının gümüş medalına layiq görülüb.