
Bu gün futbol üzrə Birinci Liqada XXII turun oyunlarına start verilib.
“Qaradağ Lökbatan” bu tur çərçivəsində “Baku Sporting” komandası ilə üz-üzə gəlib. Binə qəsəbə stadionunda təşkil olunan və gərgin mübarizə şəraitində keçən qarşılaşma təmsilçimizin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda vurulan yeganə qola görüşün altmışıncı dəqiqəsində komandamızın futbolçusu Bahadur Həziyev imza atıb.



