
Astara Olimpiya İdman Kompleksində on yeddi yaşadək (U-17) güləşçilər arasında keçirilən Azərbaycan birinciliyi davam edir. Bu gün sərbəst güləşçilərin yarışına yekun vurulub.
“Neftçi” İdman Klubunun sərbəst güləşçiləri turnirdə əzmlə mübarizə apararaq 15 medala (4 qızıl, 6 gümüş 5 bürünc) sahib olublar və ümumkomanda hesabında birinci yeri tutublar.
Yeniyetmə idmançılarımızdan Həsən Həsənov (60 kq), İsa Yusubov (71 kq), Səid Paşayev (92 kq) və Hakim Tağıyev (110 kq) rəqib tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Sadiq İsmayılov (45 kq) Müstəcab Məmmədov (48 kq), Rəşid Nazarov (60 kq), Nihad Abbas (71 kq), Amin Nəsibov (92 kq) və Turab Muradzadə (110 kq) gümüş, Musa Tağıyev (45 kq), Əliağa Süleymanov (48 kq), Hacıhüseyn Əhmədzadə (51 kq), Tunar Quliyev (65 kq) və Nihad Süleymanlı (80 kq) isə bürünc medala layiq görülüb.