
Bakıda kişi və qadın boksçular arasında təşkil olunan ənənəvi “Böyük İpək Yolu” beynəlxalq turnirinə yekun vurulub. Beş gün davam edən yarışda 9 ölkədən 175 idmançı qalib adı uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun təmsilçiləri nüfuzlu yarışın 4 medalına (1 qızıl, 1 gümüş, 2 bürünc) yiyələniblər. Boksçularımızdan Nəbi İsgəndərov (67 kq) inamla çıxış edərək bütün döyüşlərdən qalib ayrılıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız həlledici final görüşündə məğlubiyyət acısı yaşayan Murad Allahverdiyev (80 kq) gümüş medala layiq görülüb. Şamil Əsgərov (60 kq) və Anaxanım İsmayılova (48 kq) isə turniri üçüncü pillədə başa vurublar.
