• Aprel 13, 2025
  • Redactor Neftchi
  • 0

Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə Avropa çempionatına yekun vurulub.

“Neftçi” İdman Klubunun Azərbaycan millisinin heyətində təmsil olunan yunan-Roma güləşçiləri yarışın sonuncu günündə əzmlə mübarizə apararaq 3 qızıl və 1 bürünc medala sahib olublar. Pəhləvanlarımızdan Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) bütün görüşləri qələbə ilə başa vuraraq Avropa çempionu olublar. Digər güləşçimiz Ülvü Qənizadə (72 kq) isə mötəbər yarışın bürünc medalına yiyələnib.

Qeyd edək ki, daha əvvəl klubumuzun yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) gümüş, İslam Abbasov (87 kq) isə bürünc medala layiq görülüb. Sərbəst güləşçilərimizdən Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) qitə çempionatının bürünc medalını qazanıblar. Qadın güləşçimiz Jalə Əliyeva (57 kq) da yarışı üçüncü pillədə başa vurub.