
“Neftçi” İdman Klubunun yunan-Roma güləşçisi Eldəniz Əzizli (55 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında gümüş medala yiyələnib. Təcrübəli idmançımız finalda rusiyalı Emin Seferşayevə (UWW) məğlub olub və fəxri kürsünün ikinci pilləsində yer alıb.
Qeyd edək ki, Eldəniz Əzizli 2018 və 2022-ci illərdə Avropa çempionatının qalibi olub.
Xatırladaq ki, daha əvvəl klubumuzun sərbəst güləşçiləri Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) qitə çempionatının bürünc medalını qazanıblar. Qadın güləşçimiz Jalə Əliyeva (57 kq) isə bürünc medala layiq görülüb.