• Aprel 11, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun qadın güləşçisi Jalə Əliyeva (57 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb. Xanım idmançımız üçüncü yer uğrunda qarşılaşmada finlandiyalı Cenna Hemyae ilə üz-üzə gəlib. Əzmkar qələbə qazanan Jalə Əliyeva bürünc mükafata sahib olub.

Xatırladaq ki, daha əvvəl klubumuzun sərbəst güləşçiləri Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) da qitə çempionatının bürünc medalını qazanıblar.