
Kişi voleybolçular arasında Yüksək Liqada XIX turun oyunları keçirilib.
Bu tur çərçivəsində Sumqayıt Olimpiya İdman Kompleksində “Neftçi” “Gənclər” komandası ilə üz-üzə gəlib. Görüş təmsilçimizin üstünlüyü şəraitində keçib və komandamızın 3:0 (25:17, 25:20, 30:28) hesablı qələbəsi ilə yekunlaşıb.