• Aprel 10, 2025
  • Redactor Neftchi
  • 0

“Neftçi” İdman Klubunun sərbəst güləşçisi Ağanəzər Novruzov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medala yiyələnib. Yetmiş dörd kiloqram çəki dərəcəsində çıxış edən idmançımız üçüncü yer uğrunda görüşdə bolqarıstanlı Ramazan Ramazanov üzərində qələbə azanıb.
Xatırladaq ki, daha əvvəl klubumuzun sərbəst güləşçilərindən Əli Rəhimzadə (65 kq) və Kənan Heybətov (70 kq) da bürünc medal qazanmışdı.