“Neftçi” İdman Klubunun daha bir yetirməsi Serbiyada keçirilən ISF U15 Gimnaziada İdman Oyunlarında mükafata layiq görülüb. Əlli üç kiloqram çəki dərəcəsində mübarizə aparan taekvondoçumuz Saleh Heydərov Gimnaziadanın bürünc medalını qazanıb.