
Avropa Cüdo İttifaqı (EJU) “Neftçi” İdman Klubunun təmsilçisi, olimpiya çempionu Hidayət Heydərovu mükafatlandırıb. EJU-nun cüdo düşərgəsinin açılış mərasiminə dəvət olunan cüdoçumuza qurumun prezidenti Laslo Tot tərəfindən xatirə lövhəsi hədiyyə edilib.