• Aprel 8, 2025
  • Redactor Neftchi
  • 0

Serbiyanın Zlatibor şəhərində keçirilən ISF U15 Gimnaziada İdman Oyunları davam edir.
“Neftçi” İdman Klubunun turnirdə təmsil olunan Yunan-Roma güləşçiləri 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar. İdmançılarımızdan Zöhrab Səfərov (85 kq) bütün rəqiblərinə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Amin Məmmədov (44 kq) ikinci, Abdurrahman Hüseynli (48 kq), Qurban Məcnunov (52 kq), Eldəniz Allahverdiyev (57 kq) və Əli Məmmədov (68 kq) isə üçüncü yeri tutublar.
Xatırladaq ki, daha əvvəl sərbəst güləşçimiz Fərid Hüseynli (52 kq) Gimnaziadanın gümüş medalına layiq görülmüşdü.