Yeniyetmələr və gənclər arasında güllə atıcılığı üzrə Bakı şəhər birinciliyi keçirilib.
Bakı Atıcılıq Mərkəzində baş tutan yarışda “Neftçi” İdman Klubunun təmsilçisi Oleq Kerjankin gənclər arasında 10 metr məsafəyə atəşaçmada (PTÇ-3) 550 xalla üçüncü olub. İdmançımız yeniyetmələrin mübarizəsində isə eyni növdə gümüş medal (363 xal) qazanıb.
Aytac Məmmədova yeniyetmə qızlar arasında 10 metr məsafəyə atəşaçma yarışında (PTÇ-3) 350 xal toplayaraq fəxri kürsünün ikinci pilləsində qərarlaşıb.