
Xorvatiyanın Osijek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa çempionatında Azərbaycan millisi bürünc medal qazanıb. Pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma üzrə kişilərin trio komanda yarışında Ruslan Lunyov, Elvin Astanov və Vladislav Kalmıkovdan ibarət yığma üçüncü yeri tutub. Komandamız bürünc medal uğrunda qarşılaşmada Almaniya millisinə 16:14 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, yığma komandanın heyətində yer alan Elvin Astanov və Vladislav Kalmıkov “Neftçi” İdman Klubunun təmsilçiləridir.



