“Neftçi” İdman Klubu və Sosial İnkişaf İdarəsinin birgə təşkilatçılığı ilə neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında nərd turniri keçirilib. “Məşəl” İdman Kompleksində reallaşan yarışda 14 komandanın tərkibində 35 neftçi (11 qadın, 24 kişi) qalib adı uğrunda mübarizə aparıb.

Yarışın keçirilməsində əsas məqsəd Gənclər və İdman Nazirliyi tərəfindən dövlət qurumlarının əməkdaşları arasında bu idman növü üzrə təşkil olunacaq turnirdə SOCAR-ı təmsil edəcək qadın və kişi komandalarının heyətini müəyyən etməkdən ibarət idi.

Yarışda qadınlar arasında Heydər Əliyev adına Neft Emalı Zavodunun təmsilçisi Sevda Əzizova qalib adını qazanıb. Samirə Cəfərova (Sosial İnkişaf İdarəsi) ikinci, Sevinc Həsənova (“Qaz İxrac” İdarəsi) və Nigar Buqriyeva (Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsi) isə ücüncü yeri tutublar.

Kişilərin mübarizəsində Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsinin təmsilçisi Mahir Məmmədov liderliyə yüksəlib. Elnur Alıyev (Sosial İnkişaf İdarəsi) ikinci, Kazım Qasımov (İnformasiya Texnologiyaları və Rabitə İdarəsi) və Telman Mirzəyev (Karbamid Zavodu) isə üçüncü pillədə qərarlaşıblar.

Qalib və mükafatçılara “Neftçi” İdman Klubu tərəfindən diplom, medal və qiymətli xatirə hədiyyələri təqdim olunub.