Şağan Olimpiya İdman Kompleksində kunq-fu üzrə Bakı şəhər birinciliyi və çempionatı keçirilib. Turnirdə 34 komandadan 350 idmançı medallar uğrunda mübarizə aparıb.
“Neftçi” İdman Klubunun yetirmələri inamla çıxış edərək yarışın 15 medalını (7 qızıl, 4 gümüş, 4 bürünc) qazanıblar. İdmançılarımızdan Ümid Məhərrəmov (22 kq), Həsən Zeynallı (36 kq), Əli Ələsgərli (42 kq), Nicat Tağıyev (48 kq), Ayxan Mamedov (56 kq), Əbülfəz Yaqubov (60 kq) və Məhəmməd Bağırov (71 kq) bütün döyüşlərdən qalib ayrılaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eltac Ələsgərov (42 kq), Hikmət Nəsrullazadə (48 kq), Rəsul Cəbiyev (52 kq) və Sərdar Cabbarov (56 kq) gümüş medala layiq görülüblər. Digər təmsilçilərimiz – Elmin Quliyev (33 kq), Amil İsmayıllı (36 kq), Əlizamin Məhərrəmov (48 kq) və Əli Feyzizadə (65 kq) isə turniri üçüncü pillədə başa vurublar.
Qeyd edək ki, “Neftçi” İdman Klubu komanda hesabında birinci yeri tutub.