
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 Avropa çempionatı davam edir. Bu gün qadın güləşində ilk medalçılar müəyyənləşib.
“Neftçi” İdman Klubunun təmsilçilərindən Günay Qurbanova inamla mübarizə apararaq (59 kq) bütün görüşlərini qələbə ilə başa vurub və Avropa çempionu tituluna sahib olub. Digər xanım güləşçimiz Əsmər Cankurtaran (50 kq) isə mötəbər yarışı bürünc medalla başa vurub.
Qeyd edək ki, daha əvvəl klubumuzun sərbəst güləşçiləri Avropa çempionatının 3 gümüş, 2 bürünc medalını qazanıblar.
