“Neftçi” İdman Klubunun sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında daha 3 medal qazanıblar. Təmsilçilərimizdən Ceyhun Allahverdiyev (61 kq) və Ağanəzər Novruzov (74 kq) yalnız həlledici final qarşılaşmasında məğlub olublar və gümüş medala yiyələniblər. Digər idmançımız Yusif Dursunov (125 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Xatırladaq ki, daha əvvəl klubumuzun sərbəst güləşçilərindən Kənan Heybətov (70 kq) gümüş, Murad Haqverdiyev (65 kq) isə bürünc medala layiq görülmüşdü.