
Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumlarının əməkdaşları arasında III minifutbol turniri davam edir.
B qrupunda təmsil olunan SOCAR yeddinci tur çərçivəsində Energetika Nazirliyinin komandası ilə qarşılaşıb. Səkkizinci mikrorayondakı “Azfar” stadionunda təşkil olunan matç komandamızın aşkar üstünlüyü şəraitində keçib və SOCAR-ın böyükhesablı qələbəsi ilə sona yetib – 8:0.