Bu gün dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə “Şüa” İdman Kompleksində keçirilən yarışda 22 dövlət qurumundan 50 əməkdaş (10 qadın, 40 kişi) iştirak edib.

Turnirdə SOCAR komandasının təmsilçisi Svetlana Kayumova (Heydər Əliyev adına Neft Emalı Zavodu) birinci yeri tutub. Finalda onun rəqibi öz komanda yoldaşı Nərgiz Daşdəmirova (ƏŞNİİ) olub.

Həlledici qarşılaşmada məğlub olan Nərgiz Daşdəmirova isə yarışın gümüş medalına layiq görülüb.