Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirində yarımfinal mərhələsinin oyunları keçirilib.
Bu mərhələdə SOCAR UMİCO şirkətinin komandası ilə qarşı-qarşıya gəlib. Matçın ilk hissəsini təmsilçimiz 3:1 hesablı üstünlüklə bitirib. İkinci yarıda tərəflər hərəyə bir dəfə fərqləniblər və nəticədə SOCAR komandası rəqibinə 4:1 hesabı ilə qalib gələrək finala vəsiqəni təmin edib.
Qeyd edək ki, SOCAR finalda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin komandası ilə üz-üzə gələcək.