“Neftçi” İdman Klubunun sərbəst güləçiləri Bolqarıstanın Varna şəhərində keçirilən “Dan Kolov – Nikola Petrov” turnirini iki medalla başa vurublar. İdmançılarımızdan Murad Haqverdiyev (65 kq) inamla çıxış edərək finala qədər irəliləyib. O, həlledici görüşdə yerli idmançı Səlim Naimə məğlub olub və gümüş medala layiq görülüb. Digər pəhləvanımız Ceyhun Allahverdiyev (61 kq) isə fəxri kürsünün üçüncü pilləsində dayanıb.