Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına yekun vurulub. Yarışda ümumilikdə 100-ə yaxın idmançı qalib adı uğrunda mübarizə aparıb.”Neftçi” İdman Klubunun təmsilçilərindən Azər Məmmədli (+109 kq) birdənqaldırma hərəkətində 150 kiloqram, təkanla qaldırmada isə 180 kiloqram ağırlığı ram edərək toplamda 330 kiloqram nəticə ilə qızıl medala sahib olub. Qadınların mübarizəsində isə 55 kq çəki dərəcəsində Selcan Qarayeva toplamda 131 kq (58 kq+73 kq) ağırlığın öhdəsindən gələrək qalib olub. 81 kq çəki dərəcəsində çıxış edən Rahilə Hüseynzadə isə toplamda 165 kiloqram (75 kq+90 kq) ağırlığın öhdəsindən gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Rahilə Hüseynova çempionatın ən yaxşı qadın idmançısı adına layiq görülüb.