Almaniyanın Münhen şəhərində keçirilən H&N kubokunun 2-ci startında oğlanlar arasında pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında “Neftçi” İdman Klubunun təmsilçisi Vladislav Kalmıkov 575 xalla (final 236.0 xal) ikinci, xanım idmançımız Leyli Əliyeva isə qızların mübarizəsində eyni növdə 569 xalla (final 213.9 xal) üçüncü yeri tutub.Xatırladaq ki, Vladislav Kalmıkov daha əvvəl yarışın bürünc medalını qazanmışdı.