Abşeron Olimpiya İdman Kompleksində sambo güləşi üzrə Azərbaycan cempionatı və birinciliyi keçirilib.
“Neftçi” İdman Klubunun təmsilçiləri yarışda inamla çıxış edərək böyüklər arasında qalib olublar. Kişilərin mübarizəsində Mirfəttah Seyidəliyev (64 kq), Hacalı Qasımov (71 kq), Adil Adilzadə (88 kq) və Məhəmməd Məmmədzadə (+98 kq) bütün görüşləri qələbə ilə başa vuruaraq ölkə çempionu olublar. Ağani Məmmədov (88 kq) gümüş, Vaqif Mirzəli (58 kq) və Tural Allahverdiyev (71 kq) isə bürünc medala layiq görülüblər.
Gənclər arasında Nicat Rəhimov (64 kq), Fərəc Gözəlov (88 kq) və Hacıbaba İmaməliyev (+98 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Laçın Zahidov (58 kq), Nihat Rəhimov (64 kq) və Rəşad Şirinov (98 kq) ikinci, Rəsul Arzumanov (88 kq) isə üçüncü yeri tutub.
Yeniyetmələrin mübarizəsində Elcan Ələkbərov (58 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olub. Toğrul Kərimli (58 kq), Sadiq Nadirov (71 kq), Elgün Şirəlizadə (79 kq) və Asim Səlimli (98 kq) isə yarışın gümüş medalına yiyələniblər.