Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirində pley-off mərhələsinin oyunları davam edir.

Bu gün səkkizdəbir finalda SOCAR Milli Məclisin komandası ilə qarşılaşıb. İlk hissəni 6:1 hesablı üstünlüklə başa vuran təmsilçimiz, yekunda rəqibi üzərində 11:2 hesabı ilə qələbə qazanıb.