Atletika üzrə Bakı şəhər çempionatı keçirilib.

Respublika Olimpiya Mərkəzində gerçəkləşən turnirdə klubumuzun idmançılarından Bülbül Babayev hündürlüyə tullanma yarışında 2,7 metr nəticə ilə qızıl medala sahib olub. Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda (56.39), İsmayil Əliyev isə nüvəitələmə növündə (17,24 metr) eyni uğura imza atıb.