Bu gün kişi voleybolçular arasında Yüksək Liqada IV turun növbəti oyunu keçirilib.
Turun son qarşılaşmasında “Neftçi” “Gənclər” komandası ilə üz-üzə gəlib. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan qarşılaşmada təmsilçimiz rəqibinə 3:1 (25:21, 25:20, 19:25, 25:20) hesabı ilə qalib gəlib.
Qeyd edək ki, kişi voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları yanvarın 14-də keçiriləcək.