2024-cü ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Dövlətimizin başçısı ölkəmizdə idmanın inkişafında xidmətləri olan idmançıları və idman mütəxəssislərini mükafatlandırıb.
“Neftçi” İdman Klubunun idmançılarından Hidayət Heydərov, İmaməddin Xəlilov, Sərxan Əliyev və Ceyhun Hüseynov yeni mənzillərin orderləri, sərbəst güləş üzrə məşqçi-müəllim Rövşən Umudov “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı, “Neftçi” İdman Klubu idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.